Qızılın qiymətində Trapmdan sonra yeni rekord - İLİN ƏVVƏLİNDƏN 20% BAHALAŞIB
ABŞ Prezidenti Donald Trampın gömrük tariflərindən sonra qızılın qiyməti yeni rekorda imza atıb. Qızılın unsiyası 3160 dolları da keçib.ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Dünya ölkələrinə 10%-50% civarında gömrük vergiləri (tariflər, və ya rüsumlar) tətbiq etdiyini açıqladıqdan sonra bir unsiya qızılın qiyməti 3167 dollar səviyyəsinə yüksələrək rekord yeniləyib. İlin əvvəlindən qızıl 20 faiz bahalaşıb.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, bütün idxal məhsullarına 10 faiz əlavə gömrük rüsumunun tətbiq olunduğunu açıqlayıb, eyni zamanda bir çox rəqib və müttəfiq ölkələrə əlavə gömrük rüsumları tətbiq olunur.
Avropa İttifaqı (Aİ) və Çin artan gömrük rüsumlarına cavab verəcəklərini bəyan ediblər.
Artan gömrük rüsumları səbəbiylə inflyasiyanın sürətlə artacağı və iqtisadi inkişafın yavaşlayacağı düşünülür. Ölkələrin ABŞ-yə verəcəyi cavablar ilə əlaqədar olaraq ticarət müharibəsinin qızışacağına dair narahatlıqlar var.
Ağ Evdən verilən açıqlamaya görə, artıq Çinə 20 faiz gömrük rüsumu tətbiq edən ABŞ bunun üzərinə əlavə 34 faiz gömrük rüsumu tətbiq edəcək.
Avropa İttifaqına 20 faiz, Yaponiyaya isə 24 faiz əlavə gömrük rüsumları tətbiq olunacaq.
Deutsche Bank-ın analitiki Michael Hsueh, "Qızılın bahalaşmasına səbəb olan tələb amillərinin davam edəcəyi ehtimalı var. Həminin, Mərkəzi bankların alışları, geosiyasi gərginlik və iqtisadi narahatlıqlar davam edəcək", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















