Qızılın bir unsiyasının qiyməti ilk dəfə 3000 dolları keçdi
“Təhlükəsiz sığınacaq” aktivlərindən biri olan qızıl, artan qeyri-müəyyənlik, geosiyasi risklər və ABŞ-ın yeni tarif (gömrük rüsumu) siyasətinin mümkün nəticələri ilə bağlı narahatlıqlar səbəbindən rekord qırmağa davam edir.
Marja xəbər verir ki, bu gün qızılın unsiyasının qiyməti 0,4 faiz artaraq 3002 dollara çatıb və tarixi rekord qırıb. Beləliklə, qiymətli metal tarixdə ilk dəfə olaraq 3000 dolları keçib.
Qızılın unsiyasının qiyməti 2025-ci ilin ilk günündən 2620 dollar idi. Qızıl ilin əvvəlindən bu yana təxminən 382 dollar dəyər qazanaraq bu il 13 dəfə rekord qırıb. Qızılın unsiyasının qiyməti ötən il 27 faiz, bu il isə 17 faiz artıb.
ABŞ prezidenti Donald Trampın tarif siyasəti qızıl bazarında ən güclü qiymət artıran amillərdən biridir.
Analitiklər bildiriblər ki, ABŞ prezidenti Trampın aqressiv tarif siyasətinin nəticələri ilə bağlı narahatlıqlarla yanaşı, geosiyasi və iqtisadi gərginlik fonunda ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini yumşaldacağına dair gözləntilər də etibarlı "sığınacaq" kimi qızıla tələbatı artırıb.
Bəzi analitiklər də Ukraynadakı müharibədə atəşkəsə nail olmaq səylərində irəliləyişin olmamasından sonra maliyyə bazarlarında təhlükəsiz sığınacaqlara tələbin artdığını qeyd edərək, geosiyasi qeyri-müəyyənlik mühitində davam edən mərkəzi bank alışlarının da qızılın qiymətinin yüksəlməsinə dəstək verdiyini vurğulayırlar.
Trampın Avropa şərabı, şampan və digər spirtli içkilərə 200 faiz rüsum tətbiq etməklə hədələməsi bazardakı əhval-ruhiyyəyə daha da mənfi təsir göstərib. O, həmçinin bu həftə qüvvəyə minən polad və alüminium tariflərini ləğv etməyəcəyini və aprelin 2-dən qüvvəyə minəcək qlobal ticarət tərəfdaşları üçün qarşılıqlı tariflərin tətbiqindən geri çəkilməyəcəyini söyləyib.
Banklar Trampın ticarət siyasətinin qızılı daha da bahalaşdıracağıa inanırlar. Bu həftə Macquarie Group, qızılın qiymətinin ikinci rübdə 3500 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb, BNP Paribas isə orta qiymət proqnozunu 3000 dolların üzərində yenidən nəzərdən keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















