Siemens ABŞ-a 10 milyard dollar yeni investisiya yatıracaq
Siemens ABŞ-da istehsal sektoru, proqram təminatı və süni intellekt infrastrukturu sahələrinə 10 milyard dollardan çox yeni investisiyalar yatıracaq.
Marja.az Şirkətdən verilən açıqlamaya istinadən xəbər verir ki, Siemens-in planlaşdırdığı investisiyalar çərçivəsində Texas və Kaliforniyada açılacaq yeni və genişləndirilmiş zavodlar ilə istehsal sektorunda 900-dən çox adamın məşğulluğunun təmin edilməsi hədəflənir. Süni intellekt məlumat mərkəzləri kimi kritik infrastrukturlar üçün elektrik avadanlıqlarının istehsal gücünü iki dəfədən çox artırmaq planlaşdırılır.
Siemens, Altair Engineering-i satın alaraq sənaye proqram təminatı və süni intellektə indiyə qədər ən böyük sərmayəsini etməyə hazırlaşır. 2024-cü ilin oktyabrında imzalanmış müqaviləyə əsasən, Siemens və Altair-in birləşməsi şirkətin süni intellektlə işləyən dizayn və simulyasiya portfelini gücləndirəcək.
Son 20 ildə yatırılan investisiyaların ümumi həcmi 100 milyard dolları keçib
Son sərmayələrdən sonra Siemens-in son 20 ildə ABŞ-dakı ümumi investisiyası 100 milyard dolları keçib. Hazırda ABŞ Siemens üçün ən böyük bazardır. Şirkət ölkədə 45 mindən çox insanı işlə təmin edib və təxminən 12 min təchizatçı ilə əməkdaşlıq edir.
Keçən həftə Siemens Fort Worth, Texas və Pomona, California şəhərlərində elektrik məhsulları istehsal edəcək iki yeni istehsal müəssisəsinin açılışını edib. Ümumilikdə 285 milyon dollar olan bu investisiyaların ticarət, sənaye və tikinti kimi sektorlarda istifadə olunacaq məhsulların istehsalını artıracağı və ABŞ-dakı süni intellekt məlumat mərkəzlərinin enerji təchizatına töhfə verəcəyi gözlənilir.
Siemens-in Altair Engineering-i alması ilə inkişaf etdirəcəyi proqram həlləri, xüsusilə istehsal sektorunda rəqəmsal simulyasiyalarla daha sürətli və daha səmərəli istehsalı təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























