Güllə istehsalında istifadə edilən metalın qiyməti 4 dəfə artıb
Güllə istehsalında tələb olunan stibiumun (və ya sürmə - D.İ. Mendeleyevin elementlərin dövri sistemində 51-ci element) qiyməti son bir il ərzində təxminən 4 dəfə artıb və artmaqda davam edə bilər.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, güllə nüvələri, partlayıcı maddələr və qəlpə silahlarında istifadə edilən stibiumun qiyməti qıtlıq fonunda rekord həddə çatıb. İndi stibiumunbir tonu 50 min dollardan bahadır.
Həm müdafiə şirkətləri, həm də yüksək texnologiya şirkətləri bu metalı əldə etmək üçün rəqabət aparırlar. Çatışmazlığa qismən Çinin keçən avqust ayında kritik mineralların ixracına məhdudiyyətlər qoyması səbəb olub. 2024-cü il dekabrın əvvəlində Çin ABŞ-a stibium tədarükünü qadağan edib.
Avstraliyanın mineral kəşfiyyat şirkəti "Larvotto Resources" xəbərdarlıq edir ki, ABŞ və Avropa Ukraynaya tədarükdən sonra silah ehtiyatlarını artırmağa çalışdıqca qlobal surma qıtlığı daha da pisləşə bilər.
"Larvotto Resources"a görə, dünyada ildə təxminən 120 min ton sürmə tələb olunur, lakin hazırda yalnız 80 minə yaxın istehsal olunur. Əsas istehsalçılar dünya üzrə stibiumun təqribən 87%-ni istehsal edən Çin, Rusiya və Tacikistandır. 2023-cü ildə dünya istehsalının 48%-i Çinin payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























