Prezientə təqdim ediləcək təkliflərin hazırlanması üçün qeyri-filiz yataqlarına baxış keçiririlir
“AzerGold” və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəhbərliyi qeyri-filiz yataqlarına baxış keçirib“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən bir sıra qeyri-filiz yataqlarına baxış keçirib, sahələrdə istismar işləri həyata keçirən sahibkarlarla görüşüblər.
QSC-nin yaydığı məlumatda bildirilir ki, ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması prosesi çərçivəsində Qax, Oğuz və Qəbələ rayonlarında təşkil edilən görüşlərin məqsədi sahələrdəki mövcud vəziyyətlə əyani tanışlıq, sahibkarların təkliflərinin dinlənilməsi, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılmasıdır.
Qeyd edilbi ki, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkətinin təmsilçisinin iştirakı ilə keçirilən görüşlər zamanı qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar sənədləşmə işləri və bazar iştirakçılarının qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb. Görüşlərdə sahibkarların sualları cavablandırılıb, rəy və təklifləri qeydə alınıb. Sahə üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb.
Bildirilib ki, aparılan təhlillərin əsas məqsədi bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblər əsasında təşkil edilməsi, yerli sahibkarların fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə regionlarda məşğulluğun artırılmasına töhfələrin verilməsidir.
Qeyd edək ki, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlara da səfərlər təşkil edilərək, 70-dən çox yatağa baxış keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 gün sonra
-
-
19 d. əvvəl
Bolt: Azərbaycan ofisinin rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyirik
-
41 d. əvvəl
Tesla-nın Avropada satışı ardıcıl 13-cü ay azalıb, BYD isə bazar payını sürətli artırır
-
1 saat əvvəl
Sumqayıt Sənaye Parkında ötənilki satışın yarısı ixraca yönəldilib
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkına investisiya qoyuluşu 60 milyon manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib
“Xudafərin”, “Qız Qalası” və “Ordubad” stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb
Naxçıvanda içməli su ilə təminat subartezian quyular ilə yaxşılaşdırılacaq - 40 QUYU QAZILACAQ, SİYAHI
Ən çox oxunanlar
Fevralın 25-də gözlənilən hava şəraiti
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Milli maraqlara zidd olan biznes dövlət tərəfindən alınacaq
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq






















