"Baykar" İtaliya şirkəti ilə ortaqlıq müqaviləsi imzalayıb
"Baykar" və "Leonardo" arasında pilotsuz texnologiyalar üçün ortaqlıq müqaviləsi imzalanıb. İki şirkətin Türkiyə və İtaliyada birgə istehsal quracağı açıqlanıb.Pilotsuz uçuş aparatları istehsalçısı Türkiyə şirkəti "Baykar" ilə İtaliyanın müdafiə sənayesi şirkəti "Leonardo" arasında pilotsuz texnologiyalar üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
Marja xəbər verir ki, "Leonardo"nun İtaliyanın paytaxtı Romadakı qərargahında "Leonardo"nun Baş direktoru Roberto Cingolani, "Baykar"ın İdarə Heyətinin sədri Selçuk Bayraktar və "Baykar"ın baş direktoru Haluk Bayraktar pilotsuz texnologiyalar sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.
Cingolani, İstanbuldakı "Baykar" obyektlərinə səfərindən çox təsirləndiyini və "Baykar"ın geniş İHA məhsul "ailəsinə" sahib olduğunu söyləyib.
Selçuk Bayraktar, "Aylardır intensiv görüşlər keçirdik. Onsuz da "Leonardo" ilə işləyirdik. İndi isə əməkdaşlığımızı daha da genişləndiririk" deyib.
Selçuk Bayraktar iki şirkətin bir-birini tamamlayan xüsusiyyətlərə sahib olduğuna diqqət çəkərək, "Ən yaxşı sistemləri birlikdə yarada bilərik" deyib.
İki şirkətin Türkiyə və İtaliyada birgə istehsal quracağı açıqlanıb.
"Baykar" və "Leonardo" Avropadakı pilotsuz uçuş aparatları bazarının yaxın 10 ildə 100 milyard dollara çatacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























