İran, Türkmənistan-Türkiyə qaz ixracının başladığını açıqlayıb
İran, Türkmənistan-Türkiyə qaz ixracının başladığını açıqlayıb.
Marja.az xəbər verir ki, bu barədə "Shana" xəbər agentliyi məlumatı yayıb.
Türkiyəinin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Türkmənistan arasında təbii qaz ticarəti ilə bağlı 1998-ci ildə başlayan danışıqların 27 ildən sonra başa çatdığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın 2024-cü il martın 1-də Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gələn Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşdüyünü xatırladan Bayraktar, “Görüş zamanı iki ölkə arasında təbii qaz və neft sahəsində əməkdaşlığın artırılmasına dair sazişlər imzalanıb. Türkmənistanın zəngin təbii qaz ehtiyatlarını Türkiyəyə və Türkiyə üzərindən də Qərbə daşımaq niyyəti bəyan edildi. Daha sonra Türkmən qazının Türkiyəyə tədarükü ilə bağlı BOTAŞ və Türkməngaz arasında razılıq əldə olundu".
Bayraktar, fevralın 28-də verdiyi məlumatda, bu hadisələrdən sonra Türkmənistandan Türkiyəyə qaz axınının başlaması üçün lazımi texniki və hüquqi infrastrukturun yaradılması istiqamətində intensiv iş aparıldığını açıqlamışdı.
Nazir Bayraktar deyib: "Beləliklə, Türkiyə 20 ildən artıq müddətdə ilk dəfə olaraq sərhədi olmayan bir ölkədən qazı boru kəməri ilə nəql etmiş olacaq. İki ölkə arasında əməkdaşlıq çərçivəsində ilin sonuna qədər 1,3 milyard kubmetr türkmən qazının Türkiyəyə göndərilməsi planlaşdırılır".
Bayraktar Türkmən qazının gəlişinin Türkiyənin təbii qaz mərkəzi olmaq üçün atılan mühüm addımlardan biri olduğunu qeyd edərək, deyib:
"Türkmən qazı Türkiyənin qaz təchizatı və idxal portfelinin şaxələndirilməsi prosesində kritik bir addım olacaq. Sözügedən qaz Qərbə qaz ixracı üçün alternativ marşrut yaratmaq baxımından da strateji əhəmiyyətə malikdir. Bu, Türkiyənin geosiyasi mövqeyini və təbii qaz ticarət mərkəzi olmaq məqsədini gücləndirən bir addımdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























