Onlayn maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var
“First Zenit Capital”ın təsisci-direktoru Kərim Bəşirzadə və onunla birgə olan Taleh Əlizadə 500 min manata yaxın pulu ələ keçiriblər.DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən onlayn maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Sosial şəbəkələrdə paylaşımlar edən onlayn piramida dələduzluq sistemi
Məlumata görə, sosial şəbəkələrdə bu tipli paylaşımlar edən və onlayn piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərən cinayətkar qruplara qarşı polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
“First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalı
Sonuncu əməliyyat zamanı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.
Araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədi ilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib. Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib.
Saxlanılanlar kimlərdir?
Əməliyyat zamanı həmin şirkətin təsisci-direktoru Kərim Bəşirzadə və onunla birgə bu qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar.
Yarım milyonluq qazanc
Araşdırmalarla onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub. Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd olunub ki, “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.
DİN müraciət edib
DİN vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
-
-
31 d. əvvəl
"Hörmüz boğazının bağlanması Rusiyanın LNG ixracatçılarının gəlirlərini artıracaq"
-
44 d. əvvəl
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ amerikalıları Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bağlanıb - "Gəmilərə hücum edəcəyik və yandıracağıq"
- 2 saat əvvəl
-
11 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb
Netanyahu: İran 50 Şimali Koreyaya bərabərdir
Rəsmi məzənnələr açıqlandı
Hörmüz boğazı bağlanıb - "Gəmilərə hücum edəcəyik və yandıracağıq"
“Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















