Alibaba süni intellekt infrastrukturunun qurulmasına 53 milyard dollar sərmayə yatıracaq
Çinin texnoloji nəhəngi "Alibaba Group Holding Ltd" qarşıdakı 3 il ərzində süni intellekt üçün bulud və avadanlıq infrastrukturuna 380 milyard yuan (təxminən 523 milyard dollar) sərmayə qoyacağını açıqlayıb.Çinin "Alibaba Group" şirkəti süni intellekt üçün bulud və avadanlıq infrastrukturunun qurulmasına 380 milyard yuandan (təxminən 53 milyard dollar) çox sərmayə yatıracaq.
Marja.az-ın məlumatına görə, bu barədə "Sinxua" xəbər verir.
“Növbəti üç il ərzində "Alibaba Group" süni intellekt üçün bulud və avadanlıq infrastrukturunun qurulmasına 380 milyard yuandan (təxminən 53 milyard dollar) çox sərmayə yatıracaq”, - deyə məlumatda bildirilir.
Çinin “Pengpai” nəşri qeyd edib ki, bu investisiya, Çin özəl müəssisələrinin süni intellekt üçün bulud və avadanlıq infrastrukturunun yaradılmasına yatırdıqları investisiyaların həcminə görə rekord göstəricidir. Nəşr yazıb ki, "Alibaba"nın investisiya elanı iki mühüm məqamın fonunda baş verib. Bunlardan biri Çinin süni intellekt sənayesinin sürətli inkişafı, digəri isə fevralın əvvəlində Çin prezidenti Xi Jinping də daxil olmaqla hökumət rəsmilərini və böyük özəl şirkətləri bir araya gətirən özəl müəssisələrin inkişafına dair simpoziumdur.
"Alibaba Group"un İcraçı direktoru Wu Yongming, bu sərmayənin, son on ildə şirkətin ümumi süni intellekt və bulud xərclərini üstələdiyini bildirərək, şirkətin süni intellektə əsaslanan böyümə strategiyasına verdiyi əhəmiyyəti göstərdiyini qeyd edib. Bu sərmayə ilə Alibaba süni intellekt imkanlarını və bulud infrastrukturunu genişləndirərək texnologiyadakı irəliləyişləri dəstəkləməyi hədəfləyir.
Açıqlama, şirkətin bulud biznesindən əldə etdiyi gəlirin oktyabr-dekabr dövründə illik müqayisədə13 faiz artdığını elan etdikdən sonra verilib. Bundan əlavə, süni intellektlə əlaqəli məhsul gəlirləri ardıcıl altı rüb ərzində üçrəqəmli artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















