Böyük Britaniyada 4 bank 105 milyon funt-sterlinq cərimələnib
Böyük Britaniyada dörd beynəlxalq bank dövlət istiqrazları ilə bağlı həssas məlumat mübadiləsinə görə təxminən 105 milyon funt sterlinq məbləğində cərimələnib.
Marja, Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatının (CMA) açıqlamasına istinadən xəbər verir ki, banklarla razılıq əldə olunub və cərimə tətbiq edilməsinə qərar verilib.
Bu kontekstdə Citi, HSBC, Morgan Stanley və Royal Bank of Canada, Böyük Britaniya dövlət istiqrazları ilə bağlı həssas məlumat mübadiləsinə görə təxminən 105 milyon funt sterlinq məbləğində cərimələnib.
Citi 17,16 milyon funt sterlinq, HSBC 23,40 milyon funt sterlinq, Morgan Stanley 29,70 milyon funt sterlinq və Royal Bank of Canada 34,20 milyon funt sterlinq cərimələnib.
Vəziyyəti CMA-ya bildirən Deutsche Bank cərimədən azad edilib.
CMA, bankların bu davranışın bir daha təkrarlanmamasını təmin etmək üçün hərtərəfli tədbirlər gördüyünü bildirib.
Açıqlamada CMA-dan Juliette Enserin şərhi yer alıb.
Enser, maliyyə xidmətləri sektorunun ölkə iqtisadiyyatının ayrılmaz bir hissəsi olduğunu və hər il milyardlarla dollar töhfə verdiyini söyləyib: "Yalnız sağlam və rəqabətli bazarlar vasitəsilə bizneslərin və investorların investisiya və böyüməyə inamını təmin edə bilərik ki, bu da ölkənin mənafeyinə uyğundur. Banklar bunun bir daha təkrarlanmaması üçün addımlar atmasaydı, cərimələr daha yükək məbləğlərdə ola bilərdi”.
CMA 2023-cü ilin may ayında dörd təşkilatın və Deutsche Bankın rəqabət qaydalarını pozduğu qənaətinə gəlib.
Araşdırma zamanı məlum olub ki, onlar 2009-2013-cü illər arasında investorlarla görüşlərdə Böyük Britaniyanın dövlət istiqrazlarının qiymətləri ilə bağlı məsələlər barədə məlumat mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























