"Tata" "Pegatron"un 60 faizni alıb - "Apple"ın Asiyada ən mühüm tərəfdaşlarından birinə çevrilir
Hindistanın Tata Electronics şirkəti Apple-ın Hindistandakı montaj partnyoru, Tayvanda yerləşən məişət elektronikası istehsalçısı Pegatron-un 60 faizini alıb. Hindistan şirkəti sürətlə Apple-ın Asiyada ən mühüm tərəfdaşlarından birinə çevrilir.Hindistanın "Tata Electronics" şirkəti Tayvanda yerləşən məişət elektronikası istehsalçısı "Pegatron"un 60 faizini alıb. "Pegatron" şirkəti ABŞ-ın "Apple" şirkətinin Hindistandakı montaj partnyorudur.
Tata Electronics-in baş direktoru Randhir Thakur verdiyi açıqlamada, "Biz yeni təsisləri işə saldıqca və Hindistanda əməliyyatlarımızı genişləndirərkən süni intellekt, rəqəmsal və texnologiyaya əsaslanan istehsal dövrünü səbirsizliklə gözləyirik" deyib.
Tayvanda yerləşən "Pegatron" şirkəti Hindistanın cənubundakı Tamil Nadu əyalətindəki Chennai yaxınlığında iPhone istehsalı müəssisəsini idarə edir. Sövdələşmə "Tata Electronics"in smartfon yığımı şirkəti "Wistron"un Hindistandakı biznesini almasından qısa müddət sonra baş verir.
"Pegatron" və "Tata" sövdələşmənin maliyyə şərtlərini açıqlamayıblar, lakin "Tata" bu alışın ölkədə istehsal sahəsini genişləndirmək strategiyasına uyğun olduğunu bildirib.
"Tata" şirkəti də keçən il Hindistanda "iPhone" yığmağa başlayıb. Texnologiya nəhəngi "Apple" öz istehsalını Çindən kənarda genişləndirməyə çalışır. Bu baxımdan da "Tata" sürətlə "Apple"ın Asiyada ən mühüm tərəfdaşlarından birinə çevrilir.
"Tata Electronics", dəqiq komponentlərin istehsalında təcrübəyə malik olan "Tata" qrupunun "yaşıl" sahə startapıdır. Hindistanlı elektronika istehsalçısı, istehsal müəssisəsindəki işçi qüvvəsinin 85 faizinin qadınlardan ibarət olması məqsədi ilə şüurlu sosial-iqtisadi iz yaratmağa çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















