Azərbaycan Gəncə şəhəri üçün Avropa bankından nə qədər borc alır? - MƏBLƏĞ MƏLUM OLDU
Xəbər verdiyimiz kimi, bugün Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi” imzalanıb. Kredit sazişini iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
Kredit sazişinə əsasən, Bank Gəncənin su idarəetmə sistemlərinin təkmilləşdirilməsinin maliyyələşdirilməsinə 35 milyon avro (cari məzənnə ilə 61 milyon 978 min manat) ayıracaq. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankından Marja.az-a bildirilib.
Layihəyə Avropa İttifaqı (Aİ) 5 milyon avroya qədər qrant da ayıracaq.
Bu kredit tərəflərin 2024-cü ildə Bakıda baş tutmuş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) imzaladığı anlaşma memorandumunun davamıdır və Gəncə şəhərinin səmərəli və dayanıqlı su və çirkab sularının idarə edilməsi xidmətləri ilə əhatə olunmasını təmin etmək məqsədi daşıyan hərtərəfli proqramın başlanğıcıdır.
Əldə edilən vəsait su təchizatı boru kəmərlərinin, çirkab su toplama borularının və su anbarlarının, həmçinin yağış sularının idarə olunması sistemlərinin və digər köməkçi infrastrukturun tikintisinə sərf olunacaq.
Gəncə şəhəri 2020-ci ildə AYİB-in flaqman Yaşıl Şəhərlər proqramına qoşulub və bu layihə hazırda AYİB-in orada üçüncü investisiya layihəsidir. AYİB-in Gəncədə ilk layihəsi 2022-ci ildə şəhər tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələrin maliyyələşdirilməsi olub. Daha sonra şəhərin küçə işıqlandırma infrastrukturunun təkmilləşdirilməsinin maliyyələşdirilməsi həyata keçirilib.
AYİB Azərbaycanda ən böyük institusional investordur. Bu günə qədər Bank 195 layihə vasitəsilə ölkəyə 4 milyard avrodan çox sərmayə ayırıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat sonra
-
-
12 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
13 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 14 saat əvvəl
-
14 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















