Tramp Avropa Birliyinə şərt qoydu: “Əlavə gömrük tarifi istəmirlərsə, ABŞ-dan daha çox neft və qaz almalıdırlar”
Dünən jurnalistlərə açıqlama verən Donald Tramp bildirib ki, Avropa Birliyi (AB) əlavə gömrük tarifləri istəmirsə, daha çox Amerika nefti və mayeləşdirilmiş təbii qazını (LNG) almalıdır.
"Onların tez edə biləcəkləri yeganə şey neftimizi və qazımızı almaqdır", - Tramp açıqlamasında bildirib.
ABŞ dünyanın ən böyük xam neft istehsalçısı və mayeləşdirilmiş təbii qaz ixracatçısıdır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen keçən il verdiyi açıqlamada ABŞ-dan LNG idxalının blokun Rusiyadan alınan mayeləşdirilmiş təbii qaz istehlakını azalda biləcəyini söyləyib. Bununla belə, qısa müddətdə ABŞ-ın LNG ixrac qabiliyyətinin artırılması məhdud görünür.
Mütəxəssislərin fikrincə, LNG-nin əsas hissəsi uzunmüddətli müqavilələr əsasında satıldığı üçün əlavə yükün Avropaya yönləndirilməsi mövcud alıcıların bu daşımaların marşrutunun dəyişdirilməsini təsdiqləməsindən asılıdır.
Donald Tramp enerji layihələri üçün icazə tələblərini asanlaşdıracaq və elektrik stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, ABŞ-da daha çox neft və qaz yataqlarının qazılmasına icazə veriləcək. Ölkə neft və qaz hasilatını və ixracını artırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















