Avropanın ən böyük pensiya fondlarından biri Tesla-dakı bütün səhmlərini satıb
Hollandiyanın ən böyük pensiya fondlarından biri olan Stichting Pensioenfonds ABP, Tesla-nın Baş Direktoru İlon Maskın maaş paketini və şirkətin iş şəraitini təsdiqləmədiyi üçün Tesla-dakı 2,8 milyon səhmini təxminən 571 milyon avroya (585 milyon dollar) satıb. Tesla-nın Avropadakı satışları azalır. Tesla Model Y 2024-cü ildə Hollandiyada ən çox satılan avtomobil olsa da, Avropada Teslanın yeni avtomobil satışı 2024-cü ilin yanvar-noyabr dövründə əvvəlki ilə nisbətən 15 faizdən çox azalıb.
Hollandiyanın ən böyük pensiya fondlarından biri olan Stichting Pensioenfonds ABP, Tesla-nın Baş Direktoru İlon Maskın maaş paketini və şirkətin iş şəraitini təsdiqləmədiyi üçün Tesla-dakı 2,8 milyon səhmini təxminən 571 milyon avroya (585 milyon dollar) satıb.
Marja Business Insider-a istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında satılan 2,8 milyon səhmin dəyəri təxminən 571 milyon avro (585 milyon dollar) olub.
ABP açıqlamasında bu qərarın siyasi səbəbinin olmadığını bildirərək, “Biz hər şeyə sərmayə yatırmağa məcbur deyilik” deyib. ABP, Teslanın 2024-cü ilin iyununda səsverməyə qoyduğu maaş paketinin əleyhinə səs verib.
Avropada tənəzzül
Tesla Model Y 2024-cü ildə Hollandiyada ən çox satılan avtomobil olub. Bununla belə, Tesla-nın Avropadakı satışları azalma tendensiyasındadır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Tesla-nın 2024-cü ilin yanvar-noyabr dövründə avtomobil satışı əvvəlki illə müqayisədə 15 faizdən çox azalıb.
Tesla-nın bazar dəyəri hazırda təxminən 1,27 trilyon dollardır və şirkətin səhmləri son bir ildə 74 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
5 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
7 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
8 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
9 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
