Noyabrda Avrozonada illik inflyasiya artıb, Avropa Mərkəzi Bankının hədəfini keçib
Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (CPI, inflyasiya göstəricisi) noyabr ayında illik 2,2% artıb.Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası və Avropa İttifaqının (Aİ) noyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Məlumatlara görə, Avrozonada oktyabrda 2 faiz olan illik inflyasiya noyabrda 2,2 faizə yüksəlib. Noyabrda İstehlak Qiymətləri İndeksi (CPI) aylıq müqayisədə mənfi 0,3 faiz olub.
Bazar gözləntiləri noyabrda Avrozonada illik inflyasiyanın 2,3 faiz, aylıq inflyasiyanın isə mənfi 0,3 faiz olacağı idi.
Noyabrda Avrozonada baza inflyasiyası illik 2,7 faiz, aylıq mənfi 0,6 faiz səviyyəsində ölçülüb.
Beləliklə, Avrozonada inflyasiya səviyyəsi noyabrda Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfini keçib.
Avrozonada inflyasiyanın əsas komponentlərinə baxdığımızda illik ən yüksək inflyasiya 1,74% ilə xidmətlər sektorunda olub. Xidmətlər sektorunun ardınca 0,53 faizlə qida, spirt və tütün məmulatları, 0,17 faizlə qeyri-enerji sənayesi məhsulları gəlir. Enerji məhsullarında inflyasiya mənfi 0,19 faiz təşkil edib (deflyasiya0.
Aİ-də oktyabrda 2,3 faiz olan illik inflyasiya noyabrda 2,5 faizə yüksəlib.
Noyabr ayında illik inflyasiyanın ən yüksək olduğu ölkələr 5,4% ilə Rumıniya, 4,8% ilə Belçika və 4% ilə Xorvatiya olub.
Noyabrda illik inflyasiya Almaniya və İspaniyada 2,4 faiz, Fransada 1,7 faiz, İtaliyada 1,5 faiz səviyyəsində qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















