7 körpənin öldüyü yanğınla bağlı direktor və şöbə rəislərinin məhkəməsində ittiham aktı elan olunub
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəsatətlərə baxılıb.
Elçin Nəcəfov və Vaqif Hacıyev vəsatət verərək zərərçəkən qismində tanınmalarına xitam verilməsini xahiş ediblər.
Dövlət ittihamçısı çıxış edərək bu vəsatəti əsassız hesab edib və təmin olunmamasını istəyib.
Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev bildirib ki, kiminsə zorla zərərçəkmiş qismində tanınması doğru deyil. Bu səbəbdən vəsatət təmin olunmalıdır.
Məhkəmə müşavirə əsasında qərara alıb ki, hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılsın.
Daha bir neçə vəsatət də baxılmamış saxlanılıb.
Sonra məhkəmə istintaqının başlandığı elan olunub.
Prokuror Orxan Səmədov ittiham aktını elan edib.
İttiham aktına əsasən, Mehriban Abasquliyeva direktoru olduğu müəssisədə xəstə qəbulunun sayını əsassız olaraq iki dəfə artıraraq müəssisənin elektrik təsərrüfatının yüklənməsinə səbəb olub. Hadisə günü 9 yenidoğulmuşun müalicə aldığı palatadakı cihazların istifadəsinə qadağan edilmiş elektrik ötürücüsünə qoşulması nəticəsində yüksək gərginlik yaranıb və yanğın baş verib. Nəticədə 7 yenidoğulmuş yanğından və kəskin dəm qazından həyatını itirib. 4 nəfər xəstəxana personalı yüngül xəsarət alıb.
Yanğın nəticəsində mərkəzin 177 min manatdan çox dəyəri olan tibbi avadanlıqları sıradan çıxıb.
Əlavə edilib ki, Respublika Perinatal Mərkəzində yanğın təhlükəsizliyi ilə əlaqədar heç bir tədbir də görülməyib.
Digər təqsirləndirilənlərə də eyni ittiham elan olunub.
Mehriban Abasquliyeva elan olunmuş ittihamın uydurma olduğunu iddia edib. O özünü təqsirli bilməyib.
Digər iki təqsirləndirilən şəxs də özünü təqsirli bilməyib.
Proses 2025-ci il yanvarın 13-də davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarova tanınıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
-
- 15 d. əvvəl
-
21 d. əvvəl
BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui
-
25 d. əvvəl
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
Bank aviabilet alışı üzrə tender elan edir
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
Əmək müqavilələrinin sayı artır
Ən çox oxunanlar
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm











.jpg)













