ABB COP29-un əsas bank tərəfdaşıdır!
Regionun ən böyük maliyyə qurumlarından olan ABB bu ilin 11-22 noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas bank tərəfdaşıdır. ABB tədbirdə öz pavilyonu ilə iştirak edəcək. COP29 müddətində Bankın pavilyonunda müxtəlif təqdimatlar, görüşlər təşkil olunacaq.
Ziyarətçilərə ABB-nin dayanıqlı inkişaf hədəfləri, ölkəmizin yaşıl artımının sürətləndirilməsində maliyyə qurumlarının rolu, yaşıl investisiya, ticarətin dayanıqlı şəkildə maliyyələşdirilməsi, bərpa olunan enerjinin artırılmasına bankların dəstəyi, İnternet Bankçılıq, kiçik sahibkarlığın inkişafı üçün ABB Biz tətbiqinin yaratdığı imkanlar, “Tezödə” platforması haqqında ətraflı məlumat veriləcək.
Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və yaşıl texnologiyaların tətbiqi, Azərbaycanda və regionda dayanıqlı maliyyə, iqlim dəyişikliklərinə qarşı mübarizədə yaşıl fintech və iqlim texnologiyalarının rolu, karbon izi kalkulyatoru, uşaqlar və dayanıqlı inkişaf, gənc nəslin innovasiyalar ruhunda yetişdirilməsi, qadın liderliyi və s. bu kimi mövzularda da maraqlı təqdimatlar, müzakirələr olacaq.
Tədbir çərçivəsində startap sessiyaları da təşkil ediləcək, ABB İnnovasiya Mərkəzində inkubasiya mərhələsini uğurla keçmiş bir neçə startap investorlara təqdim olunacaq.
COP29 zamanı ABB-nin bir neçə beynəlxalq tərəfdaşı ilə yeni razılaşma sənədlərinin imzalanması da nəzərdə tutulur.
14 noyabr COP29-da “Maliyyə, İnvestisiya və Ticarət Günü”, 16 noyabr isə “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü”dür. ABB hər iki tematik gündə də xüsusi tədbirlərlə fəal iştirak edəcək.
Qeyd edək ki, COP (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır. Tədbir hər il keçirilir. COP-a sədrlik BMT-nin beş regionu arasında mütəmadi dəyişir.
COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli qlobal tədbirlərdəndir. Bu tədbirlərin təşkilində əsas məqsəd qlobal istiləşməni məhdudlaşdırmaq, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün müzakirələr aparıb beynəlxalq razılaşmalar əldə etməkdir. COP tədbirləri ölkələrə iqlimlə bağlı öhdəliklər və fəaliyyət planlarını yeniləmək üçün bir platforma təqdim edir.
COP29 müddətində ABB-nin pavilyonunda keçiriləcək tədbirlərin proqramı ilə buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)







.jpg)





