Apple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏR
ABŞ texnologiya nəhəngi Apple yeni smartfon modelləri iPhone 16-nı, yeni smart saatı Apple Watch Series 10-u və yeni simsiz qulaqlıq AirPods 4-ü təqdim edib. Yeni iPhone 16-nın qlobal satış qiymətinin ən ucuz versiya olan iPhone 16-nın 128 GB versiyası üçün 799 dollar olacağı bildirilib. 256 GB-lıq versiyanın 899 dollara, 512 GB-lıq versiyanın isə 1099 dollara satılacağı açıqlanıb.Apple şirkətinin Kaliforniyadakı Cupertino şəhərciyində təqdimat tədbiri keçirilib.
Marja.az xəbər verir ki, Şirkətin baş icraçı direktoru Tim Kuk burada etdiyi çıxışda təqdimatın Apple-ın ilin ən mühüm hadisələrindən biri olduğunu və yeni smartfonlar, saatlar və simsiz qulaqlıqların təqdim ediləcəyini bildirib.
Tədbirdə verilən məlumata görə, Apple Watch Series 10 əvvəlki modellərlə müqayisədə daha incə dizayna və daha böyük ekrana sahibdir.
Bundan əlavə, 30 dəqiqə ərzində 80 faizə qədər enerji ilə doldurula bilən yeni model 18 saatlıq batareya ömrünə sahibdir və 50 metrə qədər suya davamlıdır.
Apple Watch Series 10 telefon zənglərini yaxşılaşdırmaq üçün fon səs-küyünü "boğur" və istifadəçiləri yuxu apnesi (tənəffüsün dayanması və təkrar-təkrar başladığı yuxu pozğunluğu) barədə xəbərdar edə bilir.
Qiymətləri 399 dollardan başlayan yeni modellər üçün bu gündən ilkin sifarişlər verilə bilər.
AirPods 4
Apple tərəfindən təqdim edilən yeni simsiz qulaqlıq seriyası AirPods 4 ətraf mühitdəki səs-küyü azaltmağa kömək edə biləcək fərdiləşdirilmiş məkan səsinə və xüsusiyyətlərə sahibdir.
AirPods 4-ün şarj qutusu əvvəlki modellərlə müqayisədə daha kiçik dizayna sahibdir və USB-C ilə uyğunlaşdırılıb.
Yeni simsiz qulaqlıq AirPods 4 129 dollara, aktiv səs-küyün ləğvi funksiyası olan qulaqlıq isə 179 dollara satışa təqdim ediləcək.
Apple-ın əvvəllər buraxdığı AirPods Pro 2, eşitmə ilə bağlı üç yeni xüsusiyyətə sahibdir.
iPhone 16
Şirkətin iPhone 16 modeli "Apple Intelligence" üçün sıfırdan hazırlanıb. iPhone 16 və iPhone 16 Plus olmaqla iki ölçüdə satışa çıxarılacaq smartfonlar böyük məhsuldar süni intellekt modellərini idarə etmək üçün optimallaşdırılmış yeni A18 çipinə sahibdir.
Yeni modellərdə kameraya bir kliklə girişi təmin edən idarəetmə düyməsi (Camera Control) və barmağınızla müxtəlif kamera xüsusiyyətlərini tənzimləmək imkanı var.
Avtomatik fokuslanma və zəif işıq şəraitində daha çox işıq tutma qabiliyyətini təmin edən yeni ultra geniş 48 meqapiksellik kamera da yeni modelin xüsusiyyətləri arasındadır.
iPhone 16 799 dollardan, iPhone 16 Plus isə 899 dollardan başlayacaq.
Apple 16 Pro və 16 Pro Max smartfonlarır əvvəlki modellərdən daha böyükdür və kənarları daha incədir. iPhone 16 Pro modellərində A18 Pro çipi olacaq. A18 Pro çipi həmçinin yeni kamera xüsusiyyətlərini gücləndirəcək.
iPhone 16 Pro Max-ın şirkətin ən yaxşı batareya ömrünə malik smartfonu olduğu bildirilib. iPhone 16 Pro 999 dollardan, 16 Pro Max 1199 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Apple-ın təqdim etdiyi yeni məhsullar sentyabrın 20-dən etibarən satışa çıxarılacaq.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
10 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
10 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb











.jpg)









