
Əhalinin və şirkətlərin 1,5 milyard pulu olduğu "Bank Respublika"nın vəziyyəti açıqlanıb

"Bank Respublika" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 26 milyon 264 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 17 milyon 588 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 676 min manat və ya 49,3 % artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 22 milyon 457 min manat və ya 21% artaraq 129 milyon 207 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 10 milyon 980 min manat və ya 12,9 % artaraq 95 milyon 822 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 11 milyon 477 min manat artaraq 33 milyon 385 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 21 milyon 908 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 893 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb. 2023-cü ilin eyni dövründə "Bank Respublika" əməliyyat mənfəətindən 154 min manat ehtiyata ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə ötən ilin sonu ilə müqayisədə "Bank Respublika"nın cəmi aktivləri 94 milyon 448 min manat və ya 4,4% artaraq 2 milyard 225 milyon 424 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 68 milyon 196 min manat və ya 5,8 % artaraq 1 milyard 242 milyon 426 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 24 milyon 22 min manat artaraq 274 milyon 766 min manata, biznes kreditləri portfeli 34 milyon 129 min manat artaraq 835 milyon 510 min manata, ipoteka kreditləri portfeli 10 milyon 46 min manat artaraq 131 milyon 911 min manata qalxıb.
BANKDA DEPOZİTLƏR 1,5 MİLYARD MANATA YAXINLAŞIB
2024-cü ilin ilk 6 ayı ərzində "Bank Respublika"da cəmi depozitlər 43 milyon 185 min manat və ya 3% artaraq 1 milyard 486 milyon 976 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 23 milyon 27 manat artaraq 683 milyon 632 min manata, hüquqi şəxslərin depozitləri isə 20 milyon 158 min manat artaraq 803 milyon 344 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində "Bank Respublika" 184 milyon 809 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 165 milyon 910 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
7 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 8 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
