Aktivləri 1,7 milyard manat olan "Unibank" 168 milyon manat gəlir, 11,5 milyon manat xalis mənfəət əldə edib
"Unibank" 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 11 milyon 493 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 9 milyon 202 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Unibank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 291 min manat və ya 24,9% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Unibank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 19 milyon 638 min manat və ya 13,2% artaraq 167 milyon 977 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 13 milyon 308 min manat və ya 12,2 % artaraq 133 milyon 464 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 6 milyon 331 min manat artaraq 34 milyon 514 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 28 milyon 183 min manat). İlk 6 ayda “Unibank” əməliyyat mənfəətindən 21 milyon 476 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (2023-cü ilin ilk 6 ayında 18 milyon 982 min manat).
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində “ Unibank”ın cəmi əməliyyat gəlirləri 148 milyon 339 min manat, cəmi əməliyyat xərcləri 120 milyon 156 min manat təşkil etmişdi.
BANK BÖYÜYÜB
İlk 6 ayda, ötən ilin sonu ilə müqayisədə “Unibank”ın cəmi aktivləri 92 milyon 514 min manat və ya 5,8% artaraq 30 iyun 2024-cü il tarixində 1 milyard 683 milyon 173 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər ) 49 milyon 213 min manat və ya 4,7% artaraq 1 milyard 96 milyon 954 min manata yüksəlib.
Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə “Unibank”ın istehlak kreditləri portfeli 2 milyon 424 min manat azalaraq 625 milyon 182 min manata düşüb, biznes kreditləri portfeli 48 milyon 743 min manat artaraq 378 milyon 140 min manata, ipoteka kreditləri portfeli isə 2 milyon 894 min manat 93 milyon 632 min manata çatıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə “Unibank”da depozitlər 28 milyon 795 min manat və ya 2,4% artaraq 1 milyard 244 milyon 687 min manata qalxıb. O cümlədən, fiziki şəxslərin depozitləri 33 milyon 953 min manat artaraq 975 milyon 232 min manata, hüquqi şəxslərin depozitləri 5 milyon 158 min manat artaraq 269 milyon 454 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində “Unibank” 167 milyon 737 min manat məcmu kapitala malik olub. Bank 30 İyun 2023-cü il tarixində 139 milyon 574 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















