“Bakı Gəmiqayırma Zavodu” dövlət şirkəti üçün 2 tanker və 3 ədəd dalğıc gəmi inşa edəcək
Dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və üç ədəd dalğıc gəmisi inşa edəcək.
"Marja" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.
Sənədə əsasən, inşa ediləcək yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.
Bildirilir ki, ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər Azərbaycanda neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 d. əvvəl
-
-
36 d. əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 43 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq























