Qalmaqal Yaponiyanın avtomobil istehsalçılarına baha başa gəlib
Toyota bazar dəyərini 15 milyard dollardan çox itirdi.Yaponiyanın Toyota şirkətinin səhmləri mayın 31-dən (qalmaqalın başlamazdan əvvəlki son ticarət günü) bəri 5%-dən çox, Mazda-nın səhmləri 7,7% ucuzlaşarıb.
Marja.az xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyi yoxlamalar zamanı Toyota, Mazda, Honda, Suzuki və Yamaha Motor avtomobil istehsalçılarının sertifikat almaq üçün ərizələrdə saxtalaşma olduğunu aşkar edib.
Toyota Motor Corporation İdarə Heyətinin sədri Akio Toyoda Tokioda keçirdiyi mətbuat konfransı zamanı baş əyib. Toyota-nın sədri bildirib ki, yapon rəqibləri Honda, Mazda, Suzuki və Yamaha ilə bərabər hökumətin sertifikatlaşdırma qaydalarını pozduqdan sonra üç avtomobil modelinin ölkədaxili tədarükünü dayandırıb.
Məlumata görə, istehsalçılar avtomobillərin təhlükəsizliyi və istismarı ilə bağlı məlumatları saxtalaşdırıblar. Xüsusilə Toyota-da toqquşma zamanı piyadaların mühafizəsi üçün üç modelin sınaq nəticələrinin saxtalaşdırılması aşkar edilib.
Yapon avtomobil istehsalçılarının səhmləri ölkənin Nəqliyyat Nazirliyinin bəzi modelləri təsdiqləmək üçün istifadə edilən saxta məlumatları aşkar etməsindən sonra xeyli ucuzlaşıb.
Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota-nın səhmləri qalmaqaldan sonra 5,4%-dən çox ucuzlaşıb, lakin bazar ertəsi bərpa olunur. Avtomobil istehsalçısı təkcə keçən həftə bazar dəyərini 2,45 trilyon yapon yeni (15,62 milyard dollar) itirib.
Mazda səhmləri
Ölkənin ikinci ən böyük avtomobil istehsalçısısının səhmləri eyni dövrdə 7,7% ucuzlaşaraq, keçən həftə bazar kapitallaşması 80,33 milyard yen və ya 511,8 milyon dollar azalıb.
Ölkənin Nəqliyyat Nazirliyinin apardığı geniş miqyaslı yoxlama zamanı digər avtomobil istehsalçıları - Honda, Suzuki və Yamaha tərəfindən də sertifikatlaşdırma zamanı pozuntular aşkar edilib.
Ötən həftə Honda-nın səhmləri 5,75%, Yamaha Motor-ın səhmləri 2,2%, Suzuki Motor-ın səhmləri isə 0,3% uczlaşıb.
Bütün bu şirkətlərin səhmləri bazar ertəsi günü bir qədər dəyər qazanıb. Toyota 1,7%, Honda 2,13%, Mazda isə 1,7% bahalaşıb. Suzuki və Yamaha səhmləri də bir qədər yüksəlib.
Toyota iyunun 3-də nazirliyin araşdırma hesabatından sonra Yaponiyada hazırda istehsal olunan üç modelin, yəni Corolla Fielder, Corolla Axio və Yaris Cross-un tədarükünü və satışını müvəqqəti dayandıracağını açıqlayıb.
Toyota-nın sədri Akio Toyoda şirkətin müştəriləri və maraqlı tərəflərindən üzr istəyərək, yeddi modelin “milli standartlardan fərqli üsullarla sınaqdan keçirildiyini” etiraf edib.
Mazda mayın 30-dan etibarən Roadster RF və Mazda 2-nin istehsalını dayandırdığını bəyan edib.
Bununla belə, hər iki şirkət müştərilərin avtomobillərini sürməyə davam edə biləcəklərini qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat sonra
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























