Bank Qubada filialını açdı
Azərbaycanın bank sektorunun aparıcı oyunçularından olan AccessBank, sahibkarlığın inkişafı və maliyyə xidmətlərinin əlçatanlığını təmin etmək məqsədi ilə yeni filialını açıb.
Bankın yaydığı məlumatda bildirilir ki, 10 may 2024-cü il tarixində Qubada AccessBank-ın Heydər Əliyev prospekti 184 ünvanında yerləşən sayca 20-ci regional filialının açılışı baş tutub.
Yeni filial müştərilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin, o cümlədən mikro, aqro və istehlak kreditlərinin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Filial şəbəkəsinin genişləndirilməsi AccessBank-ın maliyyə əlçatanlığınin təmin edilməsi və regionlarında müştərilərlə əlaqələrin möhkəmləndirilməsi siyasətini təsdiqləyir. Regional şəbəkənin genişləndirilməsi AccessBank-ın müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərmək, eləcə də regionda iqtisadi inkişafa dəstək olmaq Strategiyasının tərkib hissəsidir.
“Qubada regional filialın açılması bizim üçün mühüm addımdır, çünki biz filiallarımızın sayını 34-ə çatdıra bilmişik ki, bu da müştərilərimizə daha yaxın olmağa və onların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verir. Biz keyfiyyətli maliyyə həlləri və inkişaf perspektivləri axtaran hər kəs üçün etibarlı tərəfdaş olmağı hədəfləyirik”, - deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov filialın açılışı zamanı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 4 d. əvvəl
-
-
13 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
19 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
22 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
41 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 45 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub











.webp)













