SR Auto-dan daha bir yenilik! Tam elektrikli AVATR tezliklə Bakıda! - FOTO
“SR AUTO” şirkəti “AVATR” brendin Azərbaycan avtomobil bazarında rəsmi distribütoru olacaq.(®) Son illərdə ölkəmizdə avtomobil bazarında elektrikli avtomobillərə tələb və təklif sürətlə artır. Yaxın zamanda rəqiblərini müxtəlif funksiyaları ilə qabaqlayan, ölkəmizdə çox sevilən, tamamilə fərqli dizayn və özəllikləri ilə seçilən brend, AVATR-ın təqdimatı gözlənilir.
“AVATR”, 25 aprel - 04 may tarixlərində Çində təşkil olunan “Auto Show 2024” - Pekin Beynəlxalq Avtomobil Sərgisində təqdim olunan nəhəng Çin brendləri arasında seçilən bir brend olub. Azərbaycan avtomobil bazarının yenilik və trend yaradanlarından olan "SR AUTO" şirkətinin nümayəndə heyəti də tədbirdə iştirak etmiş və AVATR brendinin yaxında Azərbaycana gətirilməsi ilə bağlı razılaşma əldə edilmişdir.
2018-ci ildə əsası qoyulan AVATR Texnologiyası gələcəyə yönəlmiş, humanitarlaşdırılmış mobillik texnologiyalarını tədqiq edərək, ağıllı istifadəçi təcrübəsi yaratmaq öhdəliyini daşıyır. "Avatar"dan ilhamlanan AVATR, hər bir istifadəçinin "emosional ağıllı yol yoldaşı" olmağı hədəfləyir.
“SR AUTO” şirkəti “AVATR” brendin Azərbaycan avtomobil bazarında rəsmi distribütoru olacaq. Məlum olduğu kimi, şirkət “SR GROUP” MMC-yə məxsusdur. "SR GROUP MMC" müxtəlif sektorlarda uğurlu bizneslərə sahibdir və 1996-cı ildən etibarən avtomobil sektorunda qabaqcıl yeniliklərə imza atır.
Bu sahədə sahib olduğu brendlərin “Mercedes-Benz”, “Skoda”, “Changan”, “Leap Motor”, “XPENG”, “Lynk&Co”hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir.
“SR AUTO” şirkətinin Baş direktoru Toğrul Paşayev şirkətin növbəti brend olaraq, niyə məhz AVATR olmasını belə açıqlayıb: “AVATR sadəcə brend deyil, həm də ağıllı həllər təqdim edən texnologiyadır. Bu texnologiyanı dəstəkləyən şirkətlər arasında CHANGAN AUTOMOBILE də yer alır. Bildiyiniz kimi şirkətimiz “CHANGAN” brendinin də ölkəmizdə rəsmi distribütoru olaraq çıxış edir. Və brend ölkənin avtomobil bazarında son illərdə satış rəqəmlərinə görə ümumi bazarda ilk 3-lükdə yer alır. Bu baxımdan yeni brendi mənimsəmək və müştərilərimizə çatdırmaq da bizim üçün daha rahat olacaqdır. “SR AUTO” ölkə avtomobil bazarına daim yeniliklər gətirməyə, fərqli brendlərlə işləməyə üstünlük verir. Son illərdə şirkətimiz avtomobil bazarında liderliyi ələ alıb. “AVATR” ilə sözün yaxşı mənasında ölkənin avtomobil bazarında səs salacağımıza inanırıq".
Qeyd edək ki, “AVATR” rəsmi istehsalçı tərəfindən avtomobillərə 8 il və ya 120.000 km zəmanət təqdim edilir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 9 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
1 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ





















