Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər
“Azercell”in dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər daha 10 medal qazanıblar(®) 16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə yüksək səviyyəli turnir keçirilib. Sözügedən müsabiqədə “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı çərçivəsində informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Onlayn formatda yarışa qatılan şagirdlər yuxarı yaş qrupu üzrə 5 gümüş, aşağı yaş qrupu üzrə 5 bürünc medal olmaqla ümumilikdə 10 medal qazanıblar.
Hazırlıq prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilir. Hər tədris ilinin əvvəlində Beynəlxalq Olimpiadalara hazırlaşan şagirdlərin seçimi milli olimpiada və müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər arasında təşkil olunur.
Qeyd edək ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un Elm və Təhsil Nazirliyinin əməkdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib, əldə etdikləri medal sayını 4 qızıl, 21 gümüş və 45 bürünc olmaqla ümumilikdə 70-dək artırıblar.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
17 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























