"Amazon"un satışları artıb
ABŞ-ın e-ticarət nəhəngi Amazon-un satışları bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 143,3 milyard dollara çatıb."Amazon"un satışları birinci rübdə artıb.
Marja.az xəbər verir ki, "Amazon"un yanvar-mart dövrü üçün balans hesabatına görə, ilin birinci rübündə Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz artaraq 143,3 milyard dollar təşkil edib. 2023-cü ilin birinci rübündə şirkətin satışları 127,4 milyard dollar olmuşdu..
Bazar proqnozu şirkətin 142,5 milyard dollar gəlir əldə etməsi idi.
Bulud hesablama xidmətləri göstərən Amazon Web Services (AWS) bölməsinin satışları da illik müqayisədə 17 faiz artaraq 25 milyard dollara çatıb.
Şirkətin reklam bölməsinin gəlirləri ilin birinci rübündə 24 faiz artaraq 11,8 milyard dollar təşkil edib.
Amazon-un xalis mənfəəti birinci rübdə təxminən 229 faiz artaraq 10,4 milyard dollar olun. Şirkət ötən ilin eyni dövründə təxminən 3,2 milyard dollar xalis mənfəət açıqlamışdı.
Elektron ticarət nəhənginin səhmbaşına xalis mənfəəti bu ilin ilk rübündə 98 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 31 sent mənfəət əldə etmişdi.
"Amazon" bu ilin ikinci rübündə 144-149 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
52 d. əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
2 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
3 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
3 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)








.jpg)





