ADY: Bayram günlərində ölkədaxili marşrutlar üzrə 15 mindən çox sərnişin daşınıb
Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19 mart tarixindən 26 mart tarixinə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, artan sərnişin tələbatı nəzərə alınaraq bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılıb.
Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də qatarlar gündəlik qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.
Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% çoxdur.
Qeyd edək ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
3 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















