Fitch Türkiyənin kredit reytinqini yüksəltdi
Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Türkiyənin kredit reytinqini "B"dən "B+"a, reytinq proqnozunu isə "stabil"dən "müsbət"ə yüksəldib.
Marja.az-ın məlumatına görə, bildirilib ki, reytinqin yüksəldilməsi 2023-cü ilin iyun ayından həyata keçirilən siyasətlərin, o cümlədən pul siyasətinin sərtləşdirilməsinin, makroiqtisadi və xarici zəifliklərin azaldılmasının effektivliyini əks etdirir.
Qeyd edilib ki, "müsbət" proqnoz Fitch-in, Türkiyənin ümumi makroiqtisadi siyasət mövqeyinin inflyasiyadakı əhəmiyyətli azalma ilə uyğunlaşacağına, cari əməliyyatlar kəsirinin aşağı düşəcəyinə və daha güclü likvidlik buferləri baxımından xarici zəifliklərin azalmağa davam edəcəyinə dair gözləntilərini əks etdirir.
Fitch-in məlumatında, inflyasiyanın və xarici likvidlik risklərinin azaldığı bildirilib. 2024-cü ildə inflyasiyanın orta hesabla 58 faiz, ilin sonunda isə 40 faiz olacağı təxmin edilir.
2024-cü ilin birinci rübündən sonra daxili tələb və özəl istehlaka daha güclü təsir yaradan sərt siyasətin nisbətən zəif xarici tələblə birlikdə bu il iqtisadi artımın 2,8 faizə qədər yavaşlamasına səbəb olacağı ifadə edilib. 2025-ci il üçün proqnoz isə 3,1 faizdir.
Fitch bələdiyyə seçkilərininin nəticələrinin siyasət dəyişikliyinə səbəb olmayacağını proqnozlaşdırıb.
Fitch sonuncu dəfə 2023-cü il sentyabrın 8-də Türkiyənin reytinq proqnozunu "mənfi"dən "stabil"ə dəyişib. Fitch-in təqviminə görə, Türkiyə ilə bağlı növbəti qiymətləndirmə sentyabrın 6-na planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 32 d. əvvəl
-
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb




.jpg)
.jpg)







.jpg)






