Çin ictimai nəqliyyatın dörddə üçünün yeni enerji mənbələrinə keçidini elan edib
Çinin nəqliyyat naziri Li Xiaopenq ölkədə ağıllı yolların, ağıllı dəmir yollarının və ağıllı limanların tikintisini sürətləndirdiyini qeyd edib.Çində ictimai nəqliyyatın dörddə üçündən çoxu yeni enerji mənbələri ilə işləyir.
Marja xəbər verir ki, bunu Çinin paytaxtında keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasında Çin Xalq Respublikasının nəqliyyat naziri Li Syaopenq deyib.
"Çinin ictimai nəqliyyat sistemində nəqliyyat vasitələrinin yeni enerji mənbələrində istifadəsi 77,6% təşkil edir", - nazir qeyd edib. O, yaşıl və ağıllı nəqliyyatın sürətli inkişafının olduğunu vurğulayıb.
Li Xiaopeng bildirib ki, ölkə ağıllı yollar, ağıllı dəmir yolları və ağıllı limanların tikintisini sürətləndirir. Onun sözlərinə görə, yeni enerji avadanlıqları və ekoloji cəhətdən təmiz enerjidən getdikcə daha çox istifadə olunur.
Nazir bildirib ki, Çin dünyanın ən böyük sürətli dəmir yolu şəbəkəsini, sürətli yol şəbəkəsini və sürətli poçt sistemini, eləcə də dünya səviyyəli liman klasterini inşa edib.
"Çinin nəqliyyat xidmətlərinin inkişafındakı potensialı daim təkmilləşir və digər ölkələrlə nəqliyyat sahəsində əməkdaşlıq güclənir" - deyə Li Xiaopeng yekunlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
18 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
19 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
-
19 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























