Azərbaycanın quşçuluq şirkətləri bir sıra problem ilə üzləşib - TOYUQ ƏTİ QITLAŞA BİLƏR
Nazirlər Kabinetinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinə təkliflər göndərilib, şərait yaradılması xahiş edilib.Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir. Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir. Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar.
Marja.az xəbər verir ki, bu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaydığı açıqlamada deyilir.
Qeyd edilib ki, bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib. Bu müəssisələrdən bəziləri 50 ilə yaxındır istismar olunur:
"Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir mövsüm quş saxlandıqdan sonra təsərrüfat tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Nəticədə təsərrüfatlarda yetişdirilən quşlar müxtəlif xəstəliklərə çox həssas olur, itkilər artır. Təsərrüfatlar bu itki ilə uzun müddət işləyə bilməz. Çünki bu gün damazlıq materialların hamısı xaricdən gətirilir və olduqca bahadır. Digər tərəfdən, tələfat nəticəsində itirilən quşlar üçün çəkilən xərc - işlədilən vaksin, vitamin, minerallar, işçinin əmək haqqı, işıq, qaz, su, yem və digər xərclər salamat qalan quşların maya dəyərinə daxil olur.
Quşçuluq sahəsi kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Ancaq ölkəmizdə kənd təsərrüfatı deyildikdə, yalnız əkinçilik və maldarlıq nəzərdə tutulur. Ona görə də ölkəmizdə olan torpaqlar əkin və örüş olaraq cəmi iki kateqoriyaya ayrılıb. Ərzaq səbətində mühüm yerə sahib olan quşçuluq məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmayıb.
Əhali üçün ən ucuz və əlçatan protein mənbəyi quşçuluq məhsullarıdır və bu məhsulları heç nə ilə əvəz etmək mümkün deyil. Bu məhsulların çatışmazlığı daha çox tez hiss olunur, nəinki digər kənd təsərrüfat məhsullarının. Çünki quşçuluq məhsulları qiymət baxımından digər məhsullardan daha əlçatandır. Belə çatışmazlığın yaranmaması üçün quşçuluq təsərrüfatlarının müasir standartlara və tələblərə uyğun binaları olmalıdır. Lakin sovet dövründə tikilən tikililər bugünkü texnoloji tələblərə cavab vermir. Sovet dövründə təsərrüfatlarda çoxsaylı binalar tikilib. Bu binaların hamısını eyni vaxtda sökmək və yenisini tikmək mümkün deyil. Bu proses tədricən və təsərrüfatın imkanları daxilində aparılır.
Sovet dövründə tikilən təsərrüfatlara torpaq sahələri ayrılıb. Bəzən 100 hektara qədər, bəzən də 100 hektardan çox olan bu torpaq sahələrinin içində sovet dövründə müxtəlif yerlərdə tikililər tikilib. Müstəqillik dövründə bu təsərrüfatlar özəlləşdirilib və həmin torpaqlar da üstündə olan əmlakla birlikdə texniki pasport hazırlanaraq təsərrüfata verilib.
Neçə illərdir quşçuluq təsərrüfatları müxtəlif problemlər üzündən həmin torpaq sahələrini özəlləşdirə bilmirlər. Bu problemlərin aradan qaldırılması vacibdir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq quşçuluq təsərrüfatlarının üzləşdiyi problemlər və onların həll yolları barədə ölkə hökumətinə təkliflərimizi göndərmişik. Nazirlər Kabinetinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinə göndərdiyimiz təkliflərdə quşçuluq təsərrüfatlarına əkin-biçinə, örüş kimi istifadəyə yararsız olan torpaqlarda istehsal sahələrinin genişləndirilməsinə şərait yaradılmasını xahiş etmişik.
Dövlətimiz hər zaman quşçuluq sahəsini dəstəkləyib. Ölkə əhalisinin artdığı, tələbatın çoxaldığı bir dövrdə Azərbaycanda quş əti və yumurta istehsalının da artırılması zəruridir. Ancaq sadaladığımız problemlər həll edilmədən bu sahənin inkişafına və dayanıqlığına tam nail olmaq mümkün deyil. Yuxarıda sadaladığımız problemlər həll edilmədən dövlətimizin dəstəyi və bu sahədə çalışan insanların əməyi tam istənilən nəticəni verməyəcək.
İnanırıq ki, Azərbaycan dövləti yerli istehsalın artmasına dəstəyini davam etdirəcə, quşçuluq təsərrüfatlarının istehsalın genişləndirilməsi planlarının icrası üçün zəruri addımlar atılacaq".
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
2 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
2 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
2 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
Ən çox oxunanlar
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır
İri bank “Neftçilər”də yeni filial açdı














.jpg)



.jpg)
