Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət qrafiki dəyişir, ekspres qatara daha 4 vaqon əlavə edilir
ADY: Sərnişin məmnunluğunun təmin edilməsi üçün qatarların hərəkət qrafiki optimallaşdırılır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə günün pik saatlarında daha çox sərnişinin rahat və təhlükəsiz mənzilbaşına çatdırılması məqsədilə sözügedən xətt üzrə hərəkət cədvəlini optimallaşdırır.
ADY-dən Marja.az-a verilən məlumata görə, yenilənmiş hərəkət cədvəli Bakı – Sumqayıt – Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq. Bu da öz növbəsində gün ərzində əlavə minlərlə sərnişinin pik saatlarda qatarla rahat səfərini təmin edəcək.
Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə sərnişinlərin rəy və təkliflərini nəzərə almaqla 22 fevral 2024-cü il tarixindən etibarən sözügedən marşrut üzrə qatarların hərəkət qrafikində aşağıdakı dəyişikliklər edilir.
22 fevral 2024-cü il tarixindən etibarən tətbiq ediləcək yeni qrafikə əsasən ekspres qatar Sumqayıt stansiyasında beşinci yoldan hərəkətə başlayacaq.
Yeni qrafikə əsasən ekspres qatar Bakıdan saat 06:52-də (köhnə qrafiklə saat 06:50) yola düşəcək və vaqonlarının sayında artım olduğundan Sumqayıt stansiyasında fərqli platformada – beşinci yolda qəbul ediləcək. Eyni zamanda Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 7:00-da (köhnə qrafiklə saat 07:05), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 8:45-də (köhnə qrafiklə saat 08:40), Sumqayıtdan Xırdalan istiqaməti ilə çıxan qatar isə saat 9:40-da (köhnə qrafiklə saat 09:35) yola düşəcək.
Səhər saatlarında fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə edilmiş minimal dəyişikliklər sərnişinlərin qatarlara vaxtında çatması və rahat minib-düşməsi üçün imkan yaradacaq.
Həmçinin sərnişinlərin rəy və təklifləri nəzərə alınaraq axşam reyslərinin cədvəlində də müvafiq dəyişikliklər edilib. Belə ki, saat 18:05-də Bakıdan Sumqayıta yola düşən ekspres qatarın hərəkəti saat 18:10-a dəyişdirilib. Eyni zamanda yeni hərəkət cədvəlinə əsasən Bakıdan Xırdalan istiqaməti ilə çıxan qatar saat 18:25-də (köhnə qrafiklə saat 18:20), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 19:10-da (köhnə qrafiklə saat 19:02), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 20:10-da (köhnə qrafiklə saat 20:05), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan ekspres qatar isə saat 18:58-də (köhnə qrafiklə saat 19:20) yola düşəcək.
Qeyd edilib ki, qrafikdə edilmiş dəyişikliklər həm sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasına və turniketlərdən keçid zamanı yarana biləcək sıxlığın əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradacaq, həm də gün ərzində daha çox sərnişinin daşınmasını təmin edəcək.
"ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün müstəqil şirkətlərin dəstəyi ilə sərnişinlər arasında sorğular keçirir, sərnişindaşımada xidmət keyfiyyətininin yüksəldilməsi, müştəri məmnunluğunun təmin edilməsi istiqamətlərində əlavə tədbirlər görür. Hazırda vaqon parkını yeniləyən ADY alınmış FLIRT markalı müasir sərnişin qatarlarından ikisinin yaz aylarında istismara verilməsini planlaşdırır. Hazırda həmin qatarların texniki sınaqları həyata keçirilir. Bununla da ictimai nəqliyyatda müşahidə olunan sıxlığın aradan qaldırılması və insanların vaxtında mənzilbaşına təhlükəsiz çatdırılması üçün növbəti addımlar atılacaq",- ADY-nin məlumatında bildirilir.
Xatırladaq ki, 2023-cü ildə ADY tarixində ilk dəfə olaraq il ərzində 7 milyondan çox sərnişin daşınıb. Bu göstərici 2022-ci illə müqayisədə 30%-dən çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
25 d. əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
-
54 d. əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
-
1 saat əvvəl
Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
3 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Sentyabrın 24-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
