AccessBank özünüməşğulluq proqramı çərçivəsində indiyə kimi 59 sahibkara dəstək oldu
(®) AccessBank aparıcı maliyyə institutu olaraq, Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı sahəsində fəaliyyətini davam etdirir və sahibkarlığın təşviqi üzrə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Sahibkarlıq fəaliyyətinə davamlı dəstək, o cümlədən, özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi, AccessBank-ın missiyasının tərkib hissəsini təşkil edir.
Korporativ sosial məsuliyyət (KSM) kompleks tədbirlərinin tərkib hissəsi olan bu proqram çərçivəsində 2023-cü il ərzində Bakı, Quba, Naxçıvan, Babək, Culfa, Şərur, Mərkəzi Aran, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala da daxil olmaqla, ölkənin müxtəlif regionlarında həssas qruplara aid olan 18 sahibkara dəstək tədbirləri göstərilib. Əsasən, sahibkarlar dərzi sexi və gözəllik salonları üçün avadanlıqlarla təmin olunub. 2021-2023-cü illər ərzində AccessBank özünüməşğulluq proqramı çərçivəsində 59 sahibkarı lazımi avadanlıqla təmin edib.
AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair 2020-ci ildə imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. Layihənin məqsədi əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, işsiz və işaxtaran şəxslərin və s.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)



.jpg)










