Bakıda UHOM Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimat mərasimi baş tutdu – FOTOLAR + VİDEO
Bütün markalar üzrə məhsulların bir məkanda olacaq.Bu gün Bakıda UHOM Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimat mərasimi keçirilib. Mərasimdə UHOM layihəsinin özəlliklərindən danışılıb.
Layihənin təqdimat mərasiminin açılış nitqini Kiçik və və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası sədri Nigar Ələsgərova edərək “UHOM”un fərqliliyinə diqqət çəkibi, inşaatdan tutmuş məişət texnikasınadək bütün markalar üzrə məhsulların bir məkanda yerləşəcəyini vurğulayıb.
Sonra “UHOM” barədə videorolikə baxış olub.
“UHOM”un müəllifi Rövşən Qasımzadə layihənin yaxın aylarda ərsəyə gələcəyini, paytaxt üzrə bir neçə məkan seçimi ediləcəyini bildirib, əlavə edib ki, “UHOM”un regionlarda da filiallarının olması istisna edilmir.
“UHOM”un birinci mərtəbəsi 20 min kv, ikinci mərtəbəsi də 20 min kv olacaq, birinci mərtəbəsində sırf inşaata aid olan bütün məhsullar, materiallar, alətlər, ikinci mərtəbəsində isə inşaat bitdikdən sonra interyerdə tələb olunan mebel, məişət texnikası üzrə şirkətləri yer alacaq. Aksesuarlar, ev tekstili, qabqacaq, yəni A dan Z yə qədər, nə varsa artıq evinin içini qurmaq üçün və yaxud daşınmaz əmlakını qurmaq üçün nə varsa onlar hamsı o kompleksdə olacaqdır”.
Mərasimdə digər çıxış edənlər - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov və Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Nikolayeviç “UHOM” layihəsinə uğurlar arzulayıblar.
Özbəkistan Ticarət Evinin təsisçi / direktoru Ramin Şərifov isə bunları deyib:
“Estetik cəhətdən də çox gözəl layihədir və şəhərimizdən kənarda yerləşəcək. Hansı ki, çox böyük bir parkinq sahəsinə malik olacaq. Bu layihənin özəlliyi ondan ibarətdir ki, burada ailəvi şəkildə insanlar gələcək uşaqları üçün ayrılan yerlərdə övladlarını təhvil verərək, istədikləri qədər alışveriş edə biləcəklər”.
Mərasimdə o da bildirilib ki, “Uhome” tikinti istiqaməti ilə yanaşı, daşınmaz əmlak üzrə Mərkəz olaraq da müştərilərin xidmətində olacaq. Bundan başqa, layihələndirmə, dizayn, təmir, quraşdırma və çatdırılma xidmətləri bu kompleksin üstünlükləri sırasında olacaq. Kompleksdə bank xidmətləri də olacaq.
“UHOM” - yeniliklər və fərqlilik bizi gözləyir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















