Hindistan birjası Honq Konq birjasını keçib
Hindistan birjası Honq-Konq birjasını geridə qoyaraq dünyanın dördüncü ən böyük birjası olub.Qlobal kapital Çini tərk edir.
Marja.az xəbər verir ki, iqtisadi artım proqnozları və siyasi islahatları ilə investorların diqqət mərkəzinə çevrilən Hindistanda fond bazarının böyüklüyü ilk dəfə olaraq Honq-Konqu üstələyib.
Bloomberg-in tərtib etdiyi məlumatlara görə, Hindistan birjalarında ticarət olan səhmlərin ümumi bazar dəyəri bazar ertəsi gününün bağlanışına görə 4,33 trilyon dollara çatıb. Honq Konqun dəyəri isə 4,29 trilyon dollar səviyyəsində qalıb.
Bu, Hindistanı dünyanın dördüncü ən böyük fond bazarına çevirib.
Hindistan fond bazarının dəyəri dekabrın 5-də ilk dəfə olaraq 4 trilyon dolları ötüb. Bu bahalaşmanın təxminən yarısı son dörd ildə baş verib.
Hindistanda səhmlər sürətlə böyüyən pərakəndə investor bazası və güclü korporativ gəlirlər hesabına yaxşılaşır.
Dünyanın ən çox əhalisi olan ölkə olan Hisndisatn, böyük ölkələr arasında ən sürətlə inkişaf edən istehlak yönümlü iqtisadiyyatı sayəsində qlobal investorlar və şirkətlərdən kapital cəlb etməklə özünü Çinə alternativ kimi göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
11 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
16 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
16 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
16 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
16 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)
.jpg)






.jpg)


