"Expressbank"ın aktivləri yarım milyardı ötüb - 2023 MALİYYƏ HESABATI
Expressbank 2023-cü ilin yekun maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabata əsasən, Bank 2023-cü ildə 12 mln. manat xalis mənfəət əldə edib, aktivlərinin həcmi isə 28% artaraq, 560,2 mln. manat təşkil edib.
Müsbət dinamika Bankın kredit portfelində də əksini tapıb. Belə ki, Expressbank ötən il ərzində müştərilərinə 409,3 mln. manat kredit verib. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.8% artım deməkdir. Ümumi portfelin kredit növlərinə görə göstəriciləri aşağıdakı kimidir:
- istehlak kreditləri 18.8% artım ilə 189.4 mln. manat;
- biznes kreditləri isə 18.3% artım ilə 113.4 mln. manat;
- daşınmaz əmlak kreditləri 154% artım ilə 106.5 mln. manat.
Depozit portfeli
Ötən il müştərilərinin “Expressbank”a əmanət etdikləri məbləğ 19% artaraq, 230.4 mln. manat təşkil edib. Portfelin 152.2 mln. manatını fiziki şəxslərin Banka yatırdığı əmanətlər və cari hesablar təşkil edib.
Faiz və qeyri-faiz gəlirləri
Bankın faiz gəlirləri 19.5% artaraq, 57.7 mln. manata yüksəlib. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri və ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri təşkil edib. Qeyri-faiz gəlirləri isə 18.9 mln. manata çatıb.
Həmçinin hesabat dövründə Bankın əməliyyat mənfəəti də 16% artaraq 18.5 mln. manat təşkil edib.
Bankın 2023-cü ildə daha bir uğuru isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən reytinqinin bir daha “B” səviyyəsində təsdiqlənməsi və reytinq proqnozunun "Stabil"dən "Pozitiv"ə yüksəldilməsidir.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. 2024-cü ildən isə filial şəbəkəsini genişləndirəcək.
Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















