Trumpın "tweet"i Ford-un Meksika investisiyanı ləğv etdirdi
20 Yanvarda Ağ Evə girəcək 45-ci Prezident Donald Trumpın dünən axşam ABŞ-ın ən böyük avtomobil istehsalçısı General Motors-un Meksikadakı istehsal fəaliyyətlərini tənqid edərək "Ya ABŞ-da istehsal et, ya da böyük bir sərhəd vergisi ödə" ifadəsini işlədib. Trump-ın "tweeti"ndən sonra Ford, Meksikada planlaşdırdığı 1,6 milyard dollarlıq zavod investisiya qoyuluşunu ləğv edib.
Ford-un İcraçı Direktoru Mark Fields, keçirdiyi mətbuat konfransında, Meksikada 1,6 milyard dollara başa gələcək zavodun tikilməsi planının ləğv edildiyin açıqlayıb. Fields, sözügedən plan yerinə, Fordun baş ofisinin də yerləşdiyi ABŞ-ın Miçiqan ştatında şirkətin 700 milyon dollarlıq investisiya edəcəyini və bunun 700 nəfərlik yeni iş yeri yaradacağını bildirib.
Fordun "Fokus" adlı avtomobil modelini Meksikada istehsal etməyə davam edəcəyini qeyd edən Fields, şirkətin "Mustang" və "Lincoln Continental" modellərilə elektrik avtomobillərini Miçiqanda istehsal ediləcəyi məlumatını verib.
Açıqlamanın ardından, Fordun səhminin qiyməti Nyu-York birjasında 3,3 faiz dəyər qazanıb, Meksika pesosu isə ABŞ dollarına qarşı 1 faizə qədər ucuzlaşıb.
TRUMP BƏYANAT VERMİŞDİ
ABŞ Prezidenti seçilən Donald Trump, seçki kampaniyası zamanı, Fordun və digər böyük Amerikalı şirkətlərin ölkə xaricində istehsal etməsini sərt bir dillə tənqid etmiş və bu şirkətlərin ABŞ-a geri dönərək ölkə daxilində məşğulluq yaratması lazım olduğunu vurğulamışdı.
Mütəxəssislər, Trumpın iqtisadi siyasətinə işarə edərək, sərbəst bazara etməyə planlaşdırdığı müdaxilələrin uzun perspektivdə Amerika iqtisadiyyatına və qlobal bazarları mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edirlər.
Digər tərəfdən, 20-nci əsr əvvəlindən etibarən ABŞ-ın avtomobil mərkəzi kimi tanınan Miçiqan əyalətində, 1970-ci illərdən etibarən Amerikalı şirkətlərin istehsallarını ucuz işçi qüvvəsi səbəbindən Meksika, Cənubi Amerika və Asiyaya daşıması ilə işsizlik artmağa başlamışdı. Miçiqan ştatının ən böyük şəhəri olan Detroyt, 2013-də iflasını açıqlamışdı.
Müştərilərin xəbərləri
“Kredit Həyat Sığortası” çətin gündə lazım oldu - Balaxanıdakı çay evini işlədən cütlüyün başına gələn hadisə
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 28 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Kredit Həyat Sığortası” çətin gündə lazım oldu - Balaxanıdakı çay evini işlədən cütlüyün başına gələn hadisə
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
"Li Auto"nun Azərbaycanda yeni satış mərkəzi açıldı
Ən çox oxunanlar
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə























.jpg)






