Xalq Bank 2023-cü ilin yekunlarını açıqladı - XALİS MƏNFƏƏTİNDƏ İKİQAT ARTIM
Ölkənin aparıcı banklarından olan Xalq Bank 2023-cü ili 52,1 milyon manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti illik müqayisədə təxminən 2 dəfə artıb.
Marja.az xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, 2022-ci ilin müvafiq dövründə bank 27,2 milyon manat xalis mənfəət əldə etmişdi.
2023-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirən Bankın aktivlərinin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 14.8 % artaraq 3 milyard 82 milyon 550 min manat təşkil etmişdir.
Hesabat dövrünün sonuna səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 10.55 %, aktivlər üzrə gəlirlilik əmsalı (ROA) 1.82 % təşkil etmişdir.
Müştərilərə verilən kredit portfelinin həcmi artaraq 1 milyard 879 milyon 880 min manata, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 2 milyard 220 milyon 970 min manata, cəmi kapitalı 504 milyon 270 min manata çatmışdır.
Beləliklə, aktivlərinin, kredit və depozit portfellərinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
2023-cü ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləmiş, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək “Pozitiv” olaraq qiymətləndirmişdir.
Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində 2023-cü ildə Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas alim Hökumə Billurinin “Seçilmiş əsərləri” adlı şeirlər toplusu geniş ictimaiyyətə təqdim olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























