“Muğanbank”da qorunan əmanətlər üzrə 2 gündə 100 milyon manatdan çox ödəniş
Ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənişlərinin verilməsinin ilk 2 günü ərzində 100.951.000 manat kompensasiya ödənişi həyata keçirilmişdir.Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilmişdir.
Marja.az Fonda istinadən xəbər verir ki, bu isə ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.
Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
Əmanətçilərin nəzərinə çatdırılır istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















