PAŞA Bank Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək verir
(®) Oktyabrın 11-də Azərbaycanda ilk dəfə keçirilən “Dəyər günləri” çərçivəsində “Sosial sahibkarların korporativ satınalmalar sərgisi” keçirilib.
“Education HUB” və “Dəstəkçi” təşkilatçılığı ilə reallaşan və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə baş tutan tədbirin əsas tərəfdaşı qismində ölkənin aparıcı maliyyə institutu PAŞA Bank çıxış etmişdir.
Sərginin keçirilmə məqsədi sosial sahibkarlıq subyektləri ilə korporativ sektor arasında tərəfdaşlıq əlaqələri yaratmaq, onları dövlət satınalma proseslərində iştiraka təşviq etmək olub. “KOB Evi”-ndə təşkil edilmiş sərgidə ümumilikdə 50-dən çox sosial sahibkarlıq subyektləri iştirak edib.
Tədbirdə çıxış edən PAŞA Bankın Kiçik və Orta Sahibkarlıq bankçılıq sahəsinin rəhbəri Heydər Süleymanovun sözlərinə görə, KOS müştərilərinin maliyyələşdirilməsində əlçatanlığın təmin olunması PAŞA Bank üçün ən əsas prioritetlərindən biridir.
“Sosial sahibkarlıq cəmiyyət, ətraf mühitin və ölkənin dayanıqlı inkişaf problemlərinin həllinə yönlənmiş bir sahibkarlıq növüdür və bu fəaliyyət “Ekoloji, Sosial, Korporativ İdarəetmə standartlarında” mühüm bir yer tutur. Fikirimizcə, özəl şirkətlər bu seqmentin dəstəklənməsində böyük bir rol oynaya bilərlər. Maliyyə institutları və bu bizneslərlə sıx iş əlaqələrin qurulması yalnız sosial problemlərin həllinə töhfə vermir, hətta potensial müştərilərin və investorların bu seqmentə marağını artırır və bu bizneslər üçün yeni üfüqlərin açılmasına dəstək olur. Ölkənin aparıcı korporativ bankı olaraq, biz Azərbaycanda sosial sahibkarlığın inkişafını hərtərəfli dəstəkləməyə hazırıq və bu sahədə çalışan sahibkarların uğuruna tam inanırıq”, - deyə, H. Süleymanov vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin iyulunda ilk dəfə sosial sahibkarlıq ekosistemin gücləndirilməsi üçün PAŞA Bankın dəstəyi ilə Education HUB-la birlikdə “Dəyər üçün Səhər yeməyi” (“İmpact for Breakfast”) konsepti də fəaliyyətə başlamışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























