Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf nümayiş etdirib
Bankın xalis mənfəəti isə 34,46% artaraq 25,67 milyon manata çatıb.Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 20% artaraq 1,86 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Bankın məcmu kapitalı 26% artaraq 149,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təxminən 3 dəfə üstələmişdir.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 38%-dən çox artaraq 83,96 milyon manata, xalis əməliyyat mənfəəti 47,5% artaraq 35,64 milyon manata, xalis mənfəəti isə 34,46% artaraq 25,67 milyon manata çatıb.
Qeyd edilib ki, 9 ayın yekunlarına görə, bankın depozit portfelində də inamlı artım müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 27,02% artaraq 1,2 milyard manata çatıb ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















