Rusiyaya avtomobillə səfər edənlərə “Yaşıl Kart” verilişi dayandırılıb
Azərbaycandan Rusiyaya avtomobillə səfər edənlərə “Yaşıl Kart” verilişi dayandırılıb.
Bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Belə ki, Beynəlxalq Bürolar Şurası bu il iyun ayının 30-da Rusiya Federasiyasını üzvlüyünə xitam verib. Bununla əlaqədar olaraq, digər üzv ölkələrlə yanaşı, Azərbaycandan da Rusiyaya səfər edən nəqliyyat vasitələrinə “Yaşıl Kart” sığorta müqaviləsinin verilməsi dayandırılıb.
İSB-dən qeyd edilib ki, mövcud "Yaşıl Kart" sığorta müqavilələri üzrə sığorta müddəti bitənədək qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşmaya əsasən öhdəliklər yerinə yetirilir və təminat davam edir. Bürodan həmçinin onu da əlavə ediblər ki, Rusiya Federasiyasına gedən nəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətlərini Rusiya qanunvericiliyinə uyğun olaraq sığortalamalıdırlar: "Bu təminat əlaqədar ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməyə səlahiyyəti olan sığorta şirkətləri tərəfindən təqdim edilən sərhəd sığortası şəhadətnamələri ilə təmin edilməkdədir".
Qeyd edək ki, Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 46 ölkə üzvdür. Azərbaycan 2012-ci ildə İcbari Sığorta Bürosu vasitəsilə Yaşıl Kart Sisteminə üzv seçilib. 1 yanvar 2016-cı il tarixindən isə Yaşıl Kart Sisteminin Azərbaycanda tətbiqinə başlanılıb.
© APA
Müştərilərin xəbərləri
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
- 11 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
1 saat əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
9 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp Davosa gedərkən təyyarədə texniki problem yaranıb
Rəsmi məzənnələr açıqlandı
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
Ən çox oxunanlar
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Tramp: İndi mən Venesuelanı sevirəm
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib























