Ordumuzun antiterror tədbirləri nəticəsində məhv etdiyi silah və texnikanın siyahısı açıqlandı
Polkovnik Anar Eyvazov: "Bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir"Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib.
Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır. Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.
Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.
Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb.
Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.
Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim ediləcəkdir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır".
Brifinq zamanı media nümayəndələrinə videomaterial da təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
2 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
3 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
4 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb




















