Moody's Türkiyənin iqtisadi artım proqnozunu yüksəldib
Beynəlxalq kredit reytinq agentliyi Moody's Türkiyə üçün 2023 və 2024-cü il üçün iqtisad artım proqnozlarını yüksəldib.Moody's 2023-24 Qlobal Macro Outlook hesabatının avqust buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, hesabatda Türkiyə iqtisadiyyatının bu il 4,2 faiz, gələn il isə 3 faiz artmasının gözlənildiyi bildirilib.
Moody's may ayında açıqladığı proqnozlarında Türkiyə iqtisadiyyatının bu il 2,6 faiz, gələn il isə 2 faiz artacağını proqnozlaşdırmışdı.
Hesabatda 2023-cü ilin ilk yarısında ABŞ, İngiltərə, Kanada, Fransa, Braziliya, Meksika, Hindistan və Türkiyə başda olmaqla bir çox ölkədə iqtisadi fəallığın gözləntiləri üstələdiyi bildirilib.
İnflyasiya proqnozlarının da yer aldığı hesabatda Türkiyədə ilin sonuna inflyasiyanın bu il 51,2 faiz, gələn il isə 48,7 faiz olacağı gözlənilir.
“Sərt maliyyə şərtləri qlobal iqtisadi artımı boğmağa davam edəcək”
Hesabatda deyilir ki, sərt maliyyə şərtləri bu il qlobal iqtisadi artımı boğmağa davam edəcək və onu 2024-cü ildə trenddən aşağı saxlayacaq .
G20 ölkələrinin iqtisadiyyatlarının keçən il 2,7 faiz böyüdüyünü xatırladan hesabatda, bu iqtisadiyyatların 2023-cü ildə 2,5 faiz, gələn il isə 2,1 faiz azalacağı gözlənilir.
Moody's daha əvvəl G20 ölkələrinin iqtisadiyyatlarının bu il 2,1 faiz, gələn il isə 2,2 faiz artacağını proqnozlaşdırmışdı.
Çin iqtisadiyyatının əhəmiyyətli artım çətinlikləri ilə üzləşdiyinə diqqət çəkən hesabatda ölkə iqtisadiyyatı üçün bu il artım proqnozu 5 faiz səviyyəsində saxlanılarkən, 2024-cü il üçün 4,5 faizdən 4 faizə endirilib.
Hesabatda ABŞ-da tənəzzül riskinin azaldığı, bununla belə, inflyasiyanın ABŞ Federal Ehtiyat Sisteminin (FED) hədəfinə düşməsi üçün trenddən aşağı istehsalın tələb olunduğu bildirilib.
Hesabatda ABŞ iqtisadiyyatının bu il üçün artım proqnozu 1,1 faizdən 1,9 faizə, gələn il üçün isə 0,9 faizdən 1 faizə qaldırılıb.
Hesabatda inflyasiyanın gözlənildiyi kimi aşağı düşdüyü və gələn il azalmağa davam edəcəyi bildirilsə də, risklərin davam etdiyi qeyd edilib. Hesabatda deyilir ki, əsas mərkəzi banklar 2024-cü ilə qədər məhdudlaşdırıcı siyasət mövqelərini qoruyacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
45 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















