Türkiyəyə gələn turistlərin sayı rekord qırıb
İyul ayında Türkiyəyə gələn xarici turistlərin sayı 2022-ci ilin İyun ayı ilə müqayisədə 7,25% artaraq 7 milyon 148 min 44 nəfər olub.Türkiyə 2023-cü ilin 7 ayı ərzində 30 milyon 93 min 446 turist qəbul edib.
Marja.az Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 7 ayda Türkiyəyə gələn turistlərin 26 milyon 766 min 240 nəfəri əcnəbi, 3 milyon 327 min 206 nəfəri isə xaricdə yaşayan vətəndaşlar olub.
Yanvar-iyul dövründə Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,22% artıb.
Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında Rusiya Federasiyası 59,22% artım və 3 milyon 498 min 614 nəfərlə birinci yerdədir.
Almaniya 3 milyon 211 min 724 nəfərlə ikinci (7,32% artım), İngiltərə (Birləşmiş Krallıq) 2 milyon 63 min 740 nəfərlə üçüncü (14% artım) olub. Növbəti yerlərdə Bolqarıstan və İran gəlir.
Bu dövrdə 30 milyon 93 min 446 turist qəbul edən Türkiyə, 2019-cu ildə qeydə alınmış 26 milyon 524 mini keçərək yeni bir turist rekorduna imza atıb.
İyul ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 7,25% artaraq 7 milyon 148 min 44 nəfər olub. Bu rəqəm iyul ayında ən çox xarici turist sayı kimi qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
43 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















