Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

5 kateqoriya üzrə keşbek qazancı - ABB-dən yeni layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
5 kateqoriya üzrə keşbek qazancı - ABB-dən yeni layihə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) ABB müştərilərə növbəti faydalı yeniliyini təqdim edib.

Belə ki, 1 avqust tarixindən ABB-nin istənilən kart sahibləri yeni “Faydalı keşbek” layihəsindən yararlana bilər. “Faydalı keşbek” ilə müştərilər artıq  ABB mobile tətbiqi vasitəsi ilə 1 kateqoriya üzrə deyil, tam 5 kateqoriya üzrə keşbek qazana biləcəklər. Kateqoriyaların sayının artması, kart sahiblərinin daha çox keşbek qazanmasına səbəb olacaq.

Üstəlik, indi keşbekləri toplayıb onları ABB mobile tətbiqi daxilində yalnız kommunal, mobil və internet ödənişlərə sərf etmək yox, həm də müştərinin kart hesablarına da köçürmək mümkündür. Beləliklə, müştəri keşbek balansında yığılmış vəsaiti istədiyi zaman öz kartına köçürüb ödənişlər apara, hətta nağdlaşdırma imkanından yararlana bilər.

Yeniliklər bununla bitmir. Daha çox keşbek qazanmaq üçün ödənişi ABB-nin müxtəlif kartları, o cümlədən maaş və pensiya kartları ilə həyata keçirmək olar. Azercell Co-Brand və ABB Miles kartları istisna olmaqla, istənilən ABB kartı ilə edilən ödənişlər müştəriyə daha çox keşbek və daha çox qazanc gətirəcək. Azercell Co-Brand və ABB Miles kartları üzrə mövcud loyallıq layihələri barədə məlumatlar isə Bankın rəsmi internet səhifəsində qeyd olunub.

Qeyd edək ki, “Faydalı keşbek” ABB-nin yeni layihəsidir. Müştərilər bu layihə çərçivəsində xərclədikcə daha çox qazanırlar. “Faydalı keşbek”-in üstünlüklərindən yararlanmaq üçün ABB mobile tətbiqini yeniləmək lazımdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Faydalı keşbek
01.08.2023 13:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18