Azər Türk Bank 1-ci yarım ili yüksək göstəricilərlə başa vurub
01 iyul 2023-cü il tarixində Dövlət bankı Azər Türk Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artaraq 850 milyon manata çatıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, kredit portfelinin həcmi 406,8 milyon manat təşkil edib ki, bu da ötənilki göstəriciyə nisbətən 42% çoxdur.
2023-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəlməklə 43,5 milyon manat, xərcləri 36,4 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 7 milyon manatdan çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 34% artaraq, 71,5 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 43% artımla 772,6 milyon manat səviyyəsindədir.
Bankın depozit portfeli 73% böyüyərək 383 milyon manat təşkil etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) 20,7% təşkil etmişdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















