Xalq Bank 2023-cü ilin 1-ci yarsı üzrə əsas maliyyə göstəricilərini açıqladı
ASC “Xalq” Bankı 2023-cü ilin birinci yarsını 37,9 milyon manat xalis mənfəət ilə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, “Xalq” Bankı qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40.9%, faiz gəlirləri isə 43.3% artmışdır.
2023-cü ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.4% artaraq 2 milyard 871,3 milyon manat, kredit portfelinin həcmi 22.9% artaraq 1 milyard 810,7 milyon manat təşkil etmişdir.
Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 milyard 54.1 milyon manat təşkil etmişdir ki, bu da 2022-ci ilin II rüb göstəriciləri ilə müqayisədə 20.4% çoxdur.
Hesabat dövrünə Bankın cəmi kapitalı 485,7 milyon manat təşkil etmişdir.
"Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır",- məlumatda bildirilir.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















