AzInTelecom: Texniki nasazlıqla bağlı beynəlxalq mühəndislərlə birgə araşdırma aparılır
İyunun 16-da günorta saatlarında “AzInTelecom” MMC-nin bəzi avadanlıqlarında yaranan texniki nasazlıqla bağlı ətraflı araşdırma davam etdirilir.
Marja xəbər verir ki, bu barədə “AzInTelecom”un yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, dayanmanın qeydə alındığı andan etibarən şirkət mütəxəssisləri tərəfindən dərhal müdaxilə edilib və 1 (bir) saat ərzində çətinlik aradan qaldırılıb. Növbəti saatlarda “AzInTelecom” MMC-dən xidmət əldə edən tərəfdaşlarla əlaqə saxlanılaraq onların sistemlərində qeydə alınan çətinliklər aradan qaldırılıb və həmin gün bir neçə saat ərzində bütün qurumların xidmətlərinin əlçatanlığı təmin edilib.
"Qeyd etmək istərdik ki, “AzInTelecom” MMC-yə məxsus olan infrastruktura daxil olan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik və dayanlıqlılıq standartlarına uyğundur və təchizatçı şirkət tərəfindən avadanlıqları beynəlxalq zəmanət verilir.
Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub. Təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir. Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb olunur.
Beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə “AzInTelecom” MMC-yə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək",- Şirkətdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
13 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
-
51 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
57 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb





























