Arpa biçini davam edir - orta məhsuldarlıq 27,3 sentner təşkil edir
Respublikanın bölgələrində arpa biçini davam edir. Hazırda 38 rayonun əsasən dəmyə ərazilərində apra biçini aparılır. Bugünədək sahələrdən 247258 ton arpa yığılıb. Arpa sahələrinin təxminən 23 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 27,3 sentner təşkil edir.
Biçin prosesinin ilk başladığı rayonlardan olan Salyanda payızlıq əkinlər dövründə 8656 hektar sahədə arpa əkilib. Bugünədək sahələrin 50 faizindən çoxunda arpa biçini yekunlaşıb. Sahələrdən 16517 ton məhsul yığılıb, arpa üzrə orta məhsuldarlıq 35.1 sentner təşkil edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən Salyan rayonuna digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.
Hazırda Salyanda biçin prosesinə 45 kombayn cəlb olunub. Bunlardan 20-si “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Neftçalaya 7 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 18 özəl kombayn da cəlb olunub. Rayonun arpa sahələrində biçin prosesinin iyun ayının ikinci ongünlüyündə tam başa çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda respublikanın 38 rayonunda arpa biçini davam edir. Bu günə qədər 90444 hektar sahədə arpa biçini başa çatıb. Sahələrin 29072 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Biçin prosesi davam edir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
36 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)













.jpg)


