Elm və təhsil naziri Muğanbankın əməkdaşını komissiya sədri təyin etdi
Muğanbankın “Həyat” filialının müdiri dr. Emin Aslanov Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Qərbi Kaspi Universitetində “Mühasibat Uçotu” və “Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilib.
Bu barədə Muğanbankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. Dr. Emin Aslanov uzun illər ölkənin bir sıra aparıcı maliyyə institutlarında fəaliyyət göstərib. Zəngin əmək təcrübəsi ilə yanaşı, dr. Emin Aslanov ötən müddət ərzində qeyd olunan sahələr üzrə ardıcıl elmi fəaliyyət ilə də məşğul olub.
Bu səpkidə onun Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin nəşr etdiyi Vergi Jurnalında (https://www.taxes.gov.az/az/page/azerbaycanin-vergi-jurnali ) bank işi və qiymətli kağızlar mövzusunda elmi tədqiqat işi dərc olunub. Elmi-praktiki dairələrdə geniş maraq doğuran bu tədqiqat işi qeyd olunan sahələr üzrə aktual müzakirələrə səmərəli töhfə verən istiqamət kimi qiymətləndirilib.
Məlumat üçün bildirilib ki, dr. Emin Aslanov 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2020-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisad Elmləri Doktoru proqramı üzrə fəaliyyətini davam etdirir.
Muğanbank hər zaman maarifləndirmə təşəbbüslərində öndə olub və Azərbaycanda təhsilin və maliyyənin inkişafına öz töhfəsini verməyə çalışır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























